Tez-tez verilən suallar

Netmanat kod ilə Netmanat hesabın fərqi nədir?

"Netmanat kod" saytda qeydiyyatdan keçmədən ödəniş etmək üçündür. Netmanat koddan bir dəfə istifadə edilə bilər. Əgər mütəmadi olaraq ödənişlər edirsinizsə məsləhət görürük ki, özünüzə Netmanat hesabı açasınız. Bunun üçün Netmanat.az saytında qeydiyyatdan keçməlisiniz.

Şifrəni necə bərpa etmək olar?

Əgər Netmanat şifrənizi unutmusunuzsa, "Şifrənin bərpası" bölməsinə daxil olaraq şifrənizi yeniləyə bilərsiniz. Bu zaman qeydiyyatdan keçdiyiniz nömrənizə SMS ilə yeni şifrə göndəriləcək. Həmin şifrəni səhifədə tələb olunan xanaya yazıb təsdiqlədikdən sonra şifrəniz yenilənəcəkdir. SMS-in gəlməsi ilə bağlı çətinliklə qarşılaşsanız ofis nömrələrimiz ilə əlaqə saxlaya bilərsiniz.

(077) 366 88 22

Ödəmə terminalından Netmanata ödəniş etdim SMS gəlmədi, nə edim?

Emanat , MilliÖN ödəmə terminallarından Netmanata ödəniş etdikdə terminaldan ödəniş qəbzini mütləq götürün. Ödəmə terminalından Netmanat kod aldıqda həmin kod müştəriyə həm SMS ilə göndərilir, həm də qəbzin üzərində çap olunur. SMS gəlmədiyi təqdirdə qəbzin üzərindəki kodu götürərək istifadə edə bilərsiniz. Əgər ödəmə terminalı qəbz verməzsə və ya qəbzin üzərində PİN kod çap olunmazsa bu zaman ödəniş etdiyiniz ödəmə terminalı ofisi ilə əlaqə saxlamalısınız.

Ödəniş zamanı əlavə komissiya tutulurmu?

Əgər ödəniş etdiyiniz səhifədə komissiya ilə əlaqədar məlumat yazılmayıbsa heç bir əlavə komissiya tutulmayacaqdır.

Digər elektron pulqabılarına ödəniş etmək mümkündürmü?

Bəli mümkündür. Bunun üçün Ödənişlər bölməsindən "Elektron pulqabı" bölməsinə daxil olun. Mümkün olan ödəniş formaları orada qeyd edilmişdir.

Partnyor ödənişləri nə zaman edilir?

Partnyor ödənişləri həftənin 5 iş günü ərzində edilir. Minimum məbləğ 50 AZN olduqda ödənişinizi ala bilərsiniz. Ödənişinizi almaq üçün "Billing" bölməsindən sizə uyğun olan ödəniş növünü seçə bilərsiniz.

E-MAIL

support@netmanat.az

ZƏNG

+994 77 366 88 22

ÜNVAN

.