Suallar və Cavablar


"NETMANAT kod" saytda qeydiyyatdan keçmədən ödəniş etmək üçündür. NETMANAT koddan bir dəfə istifadə edilə bilər. Əgər mütamadi olaraq ödənişlər edirsinizsə məsləhət görürük ki, özünüzə NETMANAT hesab açasınız. Bunun üçün netmanat.az saytında qeydiyyatdan keçməlisiniz.


Əgər ödəniş etdiyiniz səhifədə komissiya ilə əlaqədar məlumat yazılmayıbsa heç bir əlavə komissiya tutulmayacaqdır.


NETMANAT hesabınızdakı məbləği yalnız plastik kartla nağdlaşdira bilərsiniz. Bunun üçün şəxsi kabinetinizdən "Pul çıxarışı" bölümünə daxil olaraq sizə uyğun bankı seçib tələb olunan xanaları kart məlumatları ilə doldurmalısınız. Nəzərinizə çatdıraq ki, bu əməliyyat zamanı 100 azn-dən aşağı məbləğdə olan çıxarışa görə 4% + 1azn, 100 azn və ondan yüksək məbləğdə olan çıxarışa görə isə 5% komisiya haqqı tutulur.


Ödəmə terminallarından NETMANAT ödənişi etdikdə terminaldan ödəniş qəbzini mütləq götürün. Ödəmə terminalından NETMANAT kod aldıqda həmin kod müştəriyə həm sms vasitəsiylə göndərilir, həm də qəbzin üzərində çap olunur.SMS gəlmədiyi halda qəbzin üzərindən kodu götürərək istifadə edə bilərsiniz. Əgər ödəmə terminalı qəbz verməzsə və ya qəbzin üzərində NETMANAT kod çap olunmazsa bu zaman ödəniş etdiyiniz ödəmə terminalı ofisi ilə əlaqə saxlamalısınız.


NETMANAT kod saytda hesab açmadan əvvəl ödəniş və ya pul köçürməsi üçündür. NETMANAT koddan yalnız bir dəfə istifadə edilə bilər.


NETMANAT pul kisəsindən NETMANAT karta çıxarış limiti gündəlik 800 azn təşkil edir.


Hesaba bir başa pul qoyuluşu etsəz və ya kod alsaz heç bir komissiya tutulmur


NETMANAT hesabına giriş edin və Kart Sifarişi bölməsinə daxil olun. Sizə verilən xanaları düzgün doldurun göndər düyməsinə basın.Məlumatlar doğru göndərildiyi halda NETMANAT kart bayram günlərini şənbə bazarı çıxmaqla 5 iş günü ərzində hazır olur.


Əgər NETMANAT şifrənizi unutmusunuzsa, şifrəni unutdum bölməsinə daxil olaraq şifrənizi yeniləyə bilərsiniz. Bu zaman qeydiyyatdan keçdiyiniz nömrənizə sms ilə təsdiq kodu gələcək. Həmin kodu səhifədə tələb olunan xanaya yazıb təsdiqlədikdən sonra şifrənizi yeniləmək üçün yeni səhifəyə yönləndiriləcəksiniz.